NATO-nun baş katibi Yens Stoltenberq Ruisyanın Ukraynanın şərqində atəşkəsi təmin edən Minsk razılaşmalarını pozduğunu deyib. Modern.az xəbər verir ki, İspaniyanın "EL Pais" qəeztinə müsahibə verən Stoltenberq Rusiyanın İkinci Dünya Müharibəsindəki xidmətlərini unutmadıqlarını da deyib.
"NATO nasizmlə mübarizədə SSRİ-nin böyük itkilər verdiyini bilir amma baş vernələr Rusiyanın bu günkü addımlarına haqq qazandırmır. Minsk danışıqları Ukraynada sülhün əldə olunması üçün əsas sənəd olsa da, biz onun pozulmasını müşahidə etmişik. Rusiyanın məsuliyyəti xüsusən böyüldür çünki onlar separatçıları müasir texnika və silahla təchiz etməkdə davam edirlər".NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə danışıqları davam etdirəcəklərini də müsahibəsində vurğulayıb.
Modern.az