Xəbər verdiyimiz kimi, Türkiyənin 7-ci prezidenti, Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alan 98 yaşlı Kənan Evren dünyasını dəyişib.
Modern.az saytı türkiyə KİV-ə istinadən xəbər verir ki, Kənan Evrən 12 may Əhməd Həmdi Akəski Məscidində qılınacaq günorta namazından sonra dövlət qəbristanlığında dəfn olunacaq. Rəsmi açıqlamalara görə, uzun zamandır Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alan və son günlərdə tənəffüs cihazına bağlı olaraq saxlanılan Kənan Evrən may ayının 9-da vəfat edib.Kənan Evren Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident idi.
O, 1918-ci ildə Manisanın Alaşəhər mahalında anadan olub. 1938-ci ildə hərbi məktəbi bitirib. 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib və 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib və 1989-cu ilə qədər bu vəzidədə qalıb.
K. Evrən üzərində aparılan məhkəmə qərarları ilə ömürlük həbs cəzasına məhkum edilsə də yaşlılığı və ağır xəstəliyi səbəbindən hökmün icrası mümkün olmayıb.
Gülşən RAUFQIZI