Modern.az

Kerrinin Rusiyaya kritik səfəri - o, Putinlə görüşəcək

Kerrinin Rusiyaya kritik səfəri - o, Putinlə görüşəcək

Təhsil

11 May 2015, 19:30


Sabah ABŞ Dövlət katibi Con Kerri Rusiyaya rəsmi səfər edəcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kerri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mariya Xarf bu görüşlərdə Ukrayna, Suriya, Yəmən və İranla bağlı məsələlərin müzakirə olunacağını deyib. Xarf Con Kerrinin bu görüşü dəfələrlə təxirə saldığını desə də, sonda Rusiyaya səfər edərək dialoqa açıq olduqlarını göstərmək üçün Rusiyaya gedəcəyini deyib.

Con Kerri Soçiyə səfər etdikdən sonra mayın 13-də Türkiyəyə gedəcək. Burada o, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü öncəsi məsləhətləmşələr aparacaq. Bundan bir gün sonra isə, Con Kerri ABŞ-a geri dönəcək və Putinlə görüşü detallarını ona məruzə edəcək.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?