Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da Əhməd Davudoğlunun Fətullah Gülənlə Pensilvaniyada görüş keçirməsi haqqında danışıb.
Dövlət başçısı bildirib ki, Əhməd Davudoğlu onun icazəsi ilə Fətullah Gülənlə bir araya gəlib.
“Əhməd bəyin Pensilvaniyaya getməsi üçün izin alması lazım olan vəzifə sahibi mənəm. Məndən də bu mövzuda icazə alınıb və o, Pensilvaniyaya gedib”,-deyə prezident qeyd edib.
Xatırladaq ki, , Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən o vaxtın baş naziri Rəcəb Tayyib Ərdoğanın və prezident Abdullah Gülün razılığı ilə Fətullah Gülənlə görüşdüyünü qeyd edib.
Türkiyənin 11-ci prezidenti Abdullah Gül isə bu məsələdə ondan icazə alınmadığını vurğulamışdı.
Aqşin Kərimov