Türkiyə mediası Bakının Xətai rayonunda Azərbaycanın dövlət bayrağının tərs asılmasından yazıb. Qeyd olunur ki, Xətai rayonu İcra Hakimiyyətinin rəhbərliyi hadisəyə heç bir reaksiya vermir, bayraq günlərdir yanlış olaraq bina üzərində qalır. Məsələ ilə bağlı
Xətai rayonu İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, bayraq asılarkən heç bir qayda pozuntusuna yol verilməyib və bu haqda səslənən iddialar əsassızdır.
Belə ki, bayraq Nazirlər Kabinetinin 317 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərarına uyğun olaraq asılıb. Həmin qərarda yazılır: "12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir".
Modern.az