Modern.az

Putin bu gün Soçidə Kerri ilə görüşəcək

Putin bu gün Soçidə Kerri ilə görüşəcək

Təhsil

12 May 2015, 11:28



ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiya prezidenti Vladimir Putinlə mayın 12-nə planlaşdırılan görüşü baş tutacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Dövlət Departamentindən məlumat verilib.

Bu qurumun yaydığı məlumatda qeyd edilir ki, ABŞ-ın dövlət katibi Con Kerri mayın 11-də Soçiyə gedib və orada bir gün sonra Rusiyanın prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Rusiyanın digər rəsmiləri ilə görüşəcək. Görüşdə ikitərəfli və regionla məsələlər, o cümlədən İran, Suriya və Ukrayna ətrafında baş verən proseslər geniş müzakirə olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?