Modern.az

Müsavatdan açıqlama: “Qubad İbadoğlu, Səxavət Əlisoy, Vurğun Əyyub...”

Müsavatdan açıqlama: “Qubad İbadoğlu, Səxavət Əlisoy, Vurğun Əyyub...”

Təhsil

12 May 2015, 11:31



Müsavatın nizamnamə qaydalarını bundan sonra da pozan partiya üzvləri olacaqsa, onların da məsələsinə nizamnamə çərçivəsində baxılacaq.

Bunu Modern.az saytına Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. O qeyd edib ki, son vaxtlar partiyaya qarşı olan hücumlar bir təşkilatdan həyata keçirilir:

“Əgər Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli Müsavatı məhkəməyə vermək istəyirsə, buyursun. Ona uğurlar arzulayıram.

Bir dəstə bir təşkilat yaradıb Müsavat Partiyasına qarşı bütöv fəaliyyətlərini mərkəzləşdiriblər. Təsadüfi deyil ki, ilk etiraz aksiyalarını da məhz Müsavata qarşı keçirdilər. Həmin təşkilatın rəhbərliyində Qubad İbadoğlu, Səxavət Əlisoy, Vurğun Əyyub və digərləri var. Bu adlar hər şeyi deyir.

Ümumiyyətlə, Müsavat Partiyasından son çıxarılanlar hansısa aksiyada iştirak etdiklərinə görə yox, o dövrə qədər olan hərəkətlərinə əsasən üzvlükdən çıxarılıb. Belə ki, həmin şəxslər sistemli olaraq davam edən qərarlara tabe olmamaq, partiyanın nüfuzuna qarşı fəaliyyətlərinə görə partiyadan çıxarılıblar. Əgər qaydaları pozanlar olacaqsa, onlar da partiya üzvlüyündən çıxarılacaqlar”.

Sevinc Yasinqızı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?