Modern.az

Dillər Universitetində imtahanlar başladı, rektor xəbərdarlıq etdi

Dillər Universitetində imtahanlar başladı, rektor xəbərdarlıq etdi

Təhsil

12 May 2015, 11:35


Mayın 12-də  Azərbaycan Dillər Universitetində (ADU)  yaz imtahan sessiyasına start verilib. Azərbaycan Respublikasının Təhsil Nazirinin 2014/2015-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə müvafiq olaraq ADU-nun rektoru, Milli Məclisin deputatı,  professor Səməd Seyidov  bu ilin 6 aprel tarixində  imzaladığı 32 saylı əmrinə əsasən universitetdə yaz imtahan sessiyası mayın 12-dən  31-dək  keçiriləcək. Yaz imtahan sessiyası 6 fakültənin ( Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti  Pedaqoji fakültədə aprelin 20-dən  mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək  müəyyən edilib.

Əmrə əsasən, yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb.  Tədris işləri üzrə prorektor Vazeh Əsgərovun rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin  müdiri Şəfəq Şahməmmədova, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU –nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aytəkin Mehdiyeva, ADU Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 440-35-05,  440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb. Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər və fənn müəllimlərin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədilə Tələbə təşkilatlarının xidmətlərindən istifadə etdilməsi və onların fəaliyyətinə lazımi şərait yaradılması da əmrdə öz əksini tapıb.

Əmrdə, həmçinin imtahan prosesinin gedişində Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar yarana biləcək müstəsnalıqların nəzərə alınması göstərilib.

Onu da qeyd edək ki, bu il ADU-da keçirlən yaz imtahan sessiyasında imtahan sualları aidiyyatı üzrə fənnin proqramına uyğun  olaraq  öncədən tələbələrə  təqdim olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?