Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı parlamentə Azərbaycan prezidenti tərəfindən layihə daxil olub.
Maraqlıdır, 12 iyunun qeyri-iş günü olması, hər il bayram kimi qeyd edilməsi məqbuldurmu?
Bununla bağlı Modern.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev layihəni dəstəklədiyini vurğuladı:
“Təbii ki, bunun qeyri-iş günü olması məqbuldur. Çünki bu, dünyada bir ilkdir. Bu, mühüm bir hadisədir. Bu, həm də bir ənənənin formalaşmasına səbəb olacaq. 4 ildən bir od Azərbaycandan götürülərək Avropa Oyunlarının keçiriləcəyi digər ölkələrə aparılacaq. Məncə bu günü hər il bayram kimi qeyd etməyə dəyər. Bunu təqdir edirəm”.