Modern.az

İş adamı Nizami Piriyev həbs olunub

İş adamı Nizami Piriyev həbs olunub

Təhsil

12 May 2015, 14:59


İş adamı Nizami Piriyev həbs olunub. APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirli bilinir.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az-ın məlumatına görə, Nizami Piriyev 11 yanvar 1958-ci ildə Gəncə şəhərində anadan olub, “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. 2007-ci ildə Azərbaycanda əsası qoyulmuş AzMeCo neft-kimya layihələrinə investisiya qoyan şirkətdir. AzMeCo şirkəti Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur.
Xəzər hövzəsində beynəlxalq karbohidrogen investisiyaları paketindən əlavə, AzMeCo həm də Azərbaycanda Qaradağ Metanol Zavodunu tikib.

Nizami Priyev vaxtil Rusiyada Qazpromun bir hissəsi olan StroyTransQazOilda və başqa şirkətlərdə baş direktor vəzifələrində işləyib, 2006-cı ildə isə oğlu Nəsiblə birlikdə Rusiyadan Azərbaycana qayıdaraq AzMeCo şirkətini yaradıb və Bakıda özünün əsas ideyası olan metanol zavodunu reallaşdırmaq  qərarına gəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?