Modern.az

Banqladeşdə İslam dini tənqid edən blogger qətlə yetirildi

Banqladeşdə İslam dini tənqid edən blogger qətlə yetirildi

12 May 2015, 16:01

Banqladeşin şimal-şərqindəki Silxet şəhərində 32 yaşlı yazıçı və blogger Bicoy Das bıçaqlanaraq öldürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu, söz azadlığı uğrunda mübarizə aparan bloggerlər arasında sayca 3-cü ölüm hadisəsidir.

Yerli mətbuatın yazdığına görə, elmi jurnal çapı ilə məşğul olan Bicoy Das öz evinin yaxınlığında 4 nəfər maskalı şəxs tərəfindən bıçaqlanıb. O, insan münasibətlərinə “materializm və məntiq” baxımından yanaşırdı.

Bu il fevralın 25-də Banqladeş əsilli amerikalıı yazıçı Avicita Roy da silahlıların hücumuna məruz qalıb və həyatını itirib. Martın 30-da isə İslam dinini tənqid edən daha bir blogger, 27 yaşlı Oyasur Rəhman soyuq silahla qətlə yetirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi