Modern.az

Şəkinin keçmiş icra başçısı ilə “Azərinşaat” rəhbəri tutulub

Şəkinin keçmiş icra başçısı ilə  “Azərinşaat” rəhbəri tutulub

Təhsil

12 May 2015, 16:43

Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı ildə Bakıda anadan olub. Məmurluğa bir çoxları kimi kommersiya sahəsindən gəlib.
Şəki Şəhər İcra Hakimyyətinin başısı təyin olunana qədər - 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru olub.
Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktorudur. Murad Cabbarlı Zaqatala və Balakəndəki fındıq sexlərinin sahiblərinə inzibati rıçaqlarla təzyiq göstərərək onlardan məhsulu dəyər-dəyməzinə alırdı.

Saytın digər xəbərinə görə, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev də həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Modern.a

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?