Modern.az

Kənan Evrenə halallıq vermədilər

Kənan Evrenə halallıq vermədilər

Təhsil

12 May 2015, 17:19


Türkiyənin vəfat edən yeddinci prezidenti Kənan Evrenin nəşi məscidə gətirilərkən maraqlı hadisə yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsasən ailə üzvlərinin qatıldığı mərasimdə müsəlman şəriət qaydalarına uyğun olaraq halallıq istənilən zaman toplum gur şəkildə “halal olsun” deyə cavab verib.

Bu vaxt arxa cərgədə dayanan iki qadın “haram olsun” deyərək qışqırıblar. Sonra qadınlardan biri müvazinətini itirib. Ayaq üstə dayanan qadın isə “onun üzündən uşaqlarımı atasız böyütdüm”, - deyərək qışqırıb. Sonradan həmin qadınlardan birinin millətçi hərəkatın fəallarından olan Yılma Durakın həyat yoldaşı olduğu müəyyən edilib.

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?