TRT Bakı Təmsilciliyi yeniliklərə imza atmaqda davam edir.
7 Gün adlı proqram TRT AVAZ kanalında yayıma başlayıb.
Telekanaldan Modern.az-a verilən məlumata görə, proqram Azərbaycanda baş verən yeniliklərin nəbzini tutacaq. Keçən həftə yayımlanan bölüm Çanaqqala Zəfəri və Erməni yalanlarına həsr olunub.
Yeni bölüm isə Azərbaycanın ev sahibliyi edəcəyi Birinci Avropa oyunlarına həsr ediləcək.
Proqramda Birinci Avropa oyunlarının bütün detalları ekranlara gələcək. “Qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyini Dünyaya sübut edecek. Birinci Avropa Oyunları haqqında çirkin oyunlar, qaralama kampaniyaları və həqiqətlər 17 May Bakı saatı ilə 17.20 – də TRT AVAZ kanalinda tamaşaçıların qonağı olacaq. Prof. Elman Nəsirli , Dosent Araz Aslanlı və TRT Bakı Temsilciliyinin müxbiri Selim Toprak Azərbaycanda və Dünyada baş verənləri 7 Gün proqramında tamaşaçılara təqdim edəcəklər”.
Modern.az