Modern.az

Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi açılıb

Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi açılıb

Təhsil

12 May 2015, 20:17

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub.

 

AzərTac xəbər verir ki, müxtəlif qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri açılış mərasimində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, məktəb müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Dövlət İdarəçilik Akademiyasına xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb.

Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verən Anar Ələkbərov DİA-da yeni yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu məktəb ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinə araşdırmalar aparmaq, regionlarla bu istiqamətdə tədbirlər təşkil etmək imkanı yaradacaq.

DİA-nın rektoru akademik Urxan Ələkbərov görkəmli siyasi və dövlət xadiminin misilsiz tarixi xidmətlərindən bəhs edib,  Heydər Əliyevin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın rolundan bəhs edib.

Akademik U.Ələkbərov DİA-ya göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.

 


Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?