Modern.az

Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı

Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı

Təhsil

12 May 2015, 21:37


Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şəriki Azər Əsgərov bu gün saxlanılıblar.

Modern.az saytı bildirir ki, “Azİmport”dakı mənbələrdən virtualaz.org-a verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar.

Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər.

R.Məmmədovla A.Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.

Sayt hüquq-mühafizə orqanlarından R.Məmmədovla A.Əsgərovun saxlanılmasının təfərrüatlarını dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, R.Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisidir. Həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc edilib. R.Məmmədovun bacısının əri A.Əsgərov tərəfindən rəhbərlik edilən şirkət Bakıda yüzlərlə, minlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunur.
R.Məmmədovun anasının milliyətcə erməni olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?