Arxiv
12 May 2015, 22:35 | MƏDƏNİYYƏT
İlk kinoaktrisamız, kimyaçı akademikin əzablı həyatı - ARAŞDIRMA


Bu qadın Azərbaycanın ilk kino aktyoru və ikinci xanım akademikidir. İlk xanım akademik Validə Tutayuqdan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla doludur.  Dövrünün ziyalılarından olan həyat yoldaşı Mövsüm İsmayılzadə 1937-ci ilin repressiyasına məruz qalıb. Əvvəlcədən həbs olunacağını hiss edən M.İsmayılzadə dərhal İzzət xanımdan ayrılıb. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olub. Həmin vaxt onların evliliyindən cəmi iki il keçirdi.

Modern. az saytı böyük Cəfər Cabbarlının səhnəyə və ekrana gətirdiyi Azərbaycanın ilk kinoaktrisası, eləcə də elmdə bir sıra ilklərə imza atmış  kimyaçı akademik İzzət Orucova haqqında yazını təqdim edir:

İlk dəfə kinoda. Cəfər Cabbarlının danlaqları

“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.

Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”. 



Bu xatirələr İzzət Orucovanın “Sevil” filminin çəkilişi zamanı, eləcə də ilk dəfə nümayiş etdirilən vaxt keçirdiyi hisləri əks etdirir.  O zaman İzzət Orucova gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı kimi sevinir. Kinoşünas Aydın Kazımzadə həmin hadisəni bu cür nəql edir:  

-“Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin birində o, “Təyyarə” kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Tanımadığı qızın arxasınca düşür, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni götürüb onlara gedir. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb: “Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Bəzi epizodlar barədə İzzət xanım həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda böyük uğur qazanır. Bundan ruhlanan Cəfər Cabbarlı “Almas”ın da ssenarisini yazır. Baş rola da yenə İzzət xanımı təsdiq etdirir. Amma amansız ölüm böyük sənətkarı aramızdan aparır. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirirlər. Ölümünün bir illiyində film ekranlara çıxır”.

Məhv olan ailə



O zaman aktyor sənətinə qəti aid olmayan bir xanımın Sevil və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmasına təəccüb etmişdi. Amma heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı Mövsüm İsmayılov həkim və dövrünün tanınmış ziyalısı idi. Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan M.İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq yerlərə sürgün olunacaqdılar. Lakin bu baş vermir.
İzzət xanım ömrünü yeganə övladına və mühəndislik karyerasına həsr edərək, bir neçə obraz oynadıqdan sonra sənətdən soyuyur.

Azərbaycanın ilk xanım neft mühəndisi

Amma gələcəyin böyük alimi demək olar özünü aktrisa adlandırmırdı: “Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi...”.

Amma bu xanımın adı ilə elm və sənayedə də bir sıra ilklər yaranır. Neft-sənaye İnstitutunu mühəndislik ixtisası üzrə bitirir. Elə təhsil aldığı müddətdə oynadığı bir neçə rol da olub. Sonradan elmi-tədqiqat obyektlərində bir sıra məsul vəzifələrdə çalışıb. Akademiya daxilində kimya yönlü institutlardan birinin baş direktoru vəzifəsinə qədər yüksələ bilib.



Sonuncu iş yeri isə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. İzzət xanımın laboratoriyasında həmkarı olmuş  Həqiqət Cavadova İzzət Orucovanı bir alim kimi belə xarakterizə edib:`

"O, əsl insan idi.  Neft və Kimya İnstitutundan gələnlər burada əvvəl laborant işləyirdilər. O çox işgüzar idi. Deyirdi ki, hər gün 18 nümunənin 100 dərəcə S-də tərkibini müəyyən edirdim. İndiki laborantlar heç 4-5-ni edə bilmirlər. Akademik, əməkdar elm xadimi olub. Bu cür fədakar olmasında oynadığı Sevil obrazının da rolu olub. Arıca kabineti ancaq direktor işləyəndə olub, bura köçəndə də 4 nəfər işçi onunla əyləşirdik. Bizə bir cavan direktor müavini gəlmişdi, onda mentalitetə yaraşan etik hərəkətlər yox di. Zəng edirdi ki, İzzət xanım yanına getməlidir. Bu, bizə pis təsir edirdi. Ona dedim: “İzzət xanım, siz onun ayağına gedirsiz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, siz İzzət xanımsız”.  Mənə dedi: “Həqiqət, bu sadəliyimlə həyatda heç nə itirməmişəm”. O cümlə də mənim beynimə həkk olunub. 

İzzət xanım  sinədəftər idi. Respublikanın az qala hər bir zavodunda gedən işləri, hansı sexdə hansı proseslər gedir hamısını əzbər bilirdi. 
İzzət xanımın hər hansı gördüyü elmi iş zavodlarda öz tətbiqini tapıb. Aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə etmişdi”. 

Həqiqət xanım qeyd edir ki, hazırda da bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur. Hətta belə  üsullara görə xeyli alimlər Stalin mükafatı almışdılar.

Sevildən  akademikliyə

1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən də çox adamın təəccübünə səbəb olur. Çoxları inanmırdı ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metrostansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar  gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib. Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub.


Çox təəssüf ki, İzzət Orucova həyatdan az qala kimsənin xəbəri olmadan köçüb. Amma onu az qala hər gün görürsünüz. Hər gün “Nizami” metrostansiyasının yanından keçərkən, Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyinin qarşısındakı heykələ baxın. O qadın İzzət Orucovadır.

Elmin NURİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatın səlahiyyətimə xitam verilir: “Artıq Milli Məclisə müraciət etmişəm” 15 Noyabr 2019, 12:04 Deputatdan təklif: “Ali məktəblərdə tədris olunan kitablara ƏDV-dən azad olunsun” 15 Noyabr 2019, 12:03 Erməni jurnalistləri Bakıya kim gətirir?.. 15 Noyabr 2019, 11:51 Bu gündən Bakıya istilik verilir 15 Noyabr 2019, 11:42 Konqresin sədri Trampı korrupsiyada ittiham etdi 15 Noyabr 2019, 11:33 Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAMA 15 Noyabr 2019, 11:32 Məktəblilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO 15 Noyabr 2019, 11:29 Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb - VİDEO   15 Noyabr 2019, 11:24 Bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələri aparıldı 15 Noyabr 2019, 11:16 Nazirlik bələdiyyə sədrini cərimələdi  - 2500 manat  15 Noyabr 2019, 11:13 “BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA 15 Noyabr 2019, 11:05 DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR 15 Noyabr 2019, 10:58 Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO 15 Noyabr 2019, 10:58 Bakıdan dünyaya səslənən mesajlar 15 Noyabr 2019, 10:43 Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı 15 Noyabr 2019, 10:40 Los Ancelesdə Qarabağ tədbiri - Erməni lobbisi mane olmaq istədi 15 Noyabr 2019, 10:38 “Azəriqaz” smart tipli sayğac quraşdırmağı DAYANDIRDI 15 Noyabr 2019, 10:24 Təhsil müzakirələri davam edir - FOTO 15 Noyabr 2019, 10:23 Nazir İnterpola rəis TƏYİN ETDİ 15 Noyabr 2019, 10:14 Elmira Süleymanova istefa ərizəsi yazıb? - Ombudsman Aparatı AÇIQLADI 15 Noyabr 2019, 10:14 Rusiyalı casuslar Trampın telefon danışığını dinləyib 15 Noyabr 2019, 10:11 Bakıda 10-cu sinif şagirdi itkin düşüb 15 Noyabr 2019, 10:05 Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu 15 Noyabr 2019, 09:59 Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR 15 Noyabr 2019, 09:50 Sabahdan məktəblərdə tətil başlayır 15 Noyabr 2019, 09:47 Rusiya ABŞ-a məxsus olmuş hərbi bazanı ələ keçirdi 15 Noyabr 2019, 09:43 Nazirlikdən işsizlərlə bağlı yenilik 15 Noyabr 2019, 09:36 Xarici universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi - MƏBLƏĞ 15 Noyabr 2019, 09:33 Ermənistan atəşkəsi 20 dəfə pozdu 15 Noyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Bakıdakı yanğında zəhərlənənlərin 5-i uşaqdır 15 Noyabr 2019, 09:22 Distant təhsilin üstünlükləri… 15 Noyabr 2019, 09:13 Sürücülər idarəetməni niyə itirir? - SƏBƏBLƏR 15 Noyabr 2019, 09:01 İnternatı tərk edən kimsəsiz gənclər... 15 Noyabr 2019, 08:48 Bakıda yaşayış binası yandı - 10 nəfər tüstüdən zəhərlənib 15 Noyabr 2019, 08:32 4 milli komanda Avro-2020-nin final mərhələsinə çıxdı - NƏTİCƏLƏR 15 Noyabr 2019, 08:23