Modern.az

Bakıda 480 şagird buraxılış imtahanlarından azad edildi

Bakıda 480 şagird buraxılış imtahanlarından azad edildi

Təhsil

13 May 2015, 00:39


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində buraxılış imtahanı keçirəcək. Modern.az TQDK-ya istinadən bildirir ki, həmin tarixdə 2014/2015-ci tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. İmtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulub.
480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?