Xalq artisti, tanınmış aktyor Nurəddin Quliyev (Mehdixanlı) Prezident İlham Əliyevə məktub yazıb. Modern.az xəbər verir ki, xalq artisti ölkə başçısına təşəkkür edib
“Gərgin iş rejiminizə baxmayaraq, respublikamızın incəsənət xadimlərinə xüsusi diqqət göstərərək onların bir qisminin mükafatlandırılması haqqında yeni sərəncam veribsiniz. Bu, Sizin mədəniyyətimizə və incəsənətimizə müstəsna diqqətinizin bariz nümunəsidir. Təltif edilənlər arasında adımın olması mənim üçün böyük fəxrdir.
Möhtərəm Prezident, göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı, millətimizin və dövlətimizin daha da qüdrətlənməsi yolunda yeni-yeni uğurlar və qələbələr arzu edirəm”-deyə N.Qulieyv bildirib.
Xatırladaq ki, Nurəddin Quliyev bir sıra incəsənət nümayəndəsi kimi Prezident mükafatına layiq görülüb.
Modern.az