Mayın 13-nə keçən gecə Çempionlar Liqasında yarımfinal qarşılaşmasının ilk cavab matçı keçirilib. Modern.az saytı xəbər verir ki, Almaniyada Münhen "Bavariya”sı “Barselona” ilə qarşılaşıb.
lk oyunda rəqibini 3 cavabsız qolla məğlubiyyətə uğradan Kataloniya klubu finalın bir addımlığındaydı. Cavab qarşılaşmasında "Bavariya” qalib gəlib - 3:2. Amma ümumi hesab “Barselona”nın xeyrinə olduğundan ispan klubu Çempionlar Liqasına çıxan ilk komanda olub.
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 3:2