Xəzər, Abşeron və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Modern.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1000-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Modern.az