Modern.az

Bill Klinton Ağ evə qayıtmaq istəyir

Bill Klinton Ağ evə qayıtmaq istəyir

Təhsil

13 May 2015, 10:14


ABŞ-ın keçmiş prezidentin Bill Klinton həyat yoldaşı Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ağ evə qayıtmaq arzusunda olduğunu bildirib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, CBS televiziya kanalına müsahibəsində deyib ki, Ağ evə qayıtması üçün əvvəlcə xanım Klintonun Demokratlar Partiyasından olan namizədlər arasında qalib gəlməsi, bundan sonra ABŞ-ın keçmiş dövlət katibinin əsas seçkiləri udması lazımdır. 1993-2001-ci illərdə ABŞ-ın dövlət başçısı olan Klinton qeyd edib ki, əgər həyat yoldaşı qalib gələrsə  onun Ağ evə qayıdışı 100 faiz gerçəkləşəcək.

Hillari Klinton Demokratlar Partiyasından namizəd olacağını aprelin 12-də bəyan edib. ABŞ—ın indiki dövlət başçısı Barak Obama onun çox əla prezident olacağını qeyd edib. Klintonun daxili seçkilərdə əsas rəqibi partiya mənsubiyyəti olmayan sosialist-senator Berni Canders ola bilər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?