ABŞ-ın Pensilvaniya ştatına bağlı Filadelfiya şəhərində baş verən qatar qəzasında 5 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Vaşinqtondan Nyu-York istiqamətində hərəkətedən, içərisində təxminən 240 sərnişin olan qatarın ən az 10 vaqonu bilinməyən bir səbəbdən relsdən çıxıb.Qəzanın ardından hadisə yerinə çox sayda tibb və xilasetmə qrupu gəlib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hazırda qəza yerində xilasedicilərin işlədiyi vurğulanır. Onlar vaqonlarda olan digər sərnişinlərin təxliyəsinə çalışırlar.
Sevinc Yasinqızı