Modern.az

İrandan Qərbə və Səudiyyə Ərəbistanına TƏHDİD

İrandan Qərbə və Səudiyyə Ərəbistanına TƏHDİD

Təhsil

13 May 2015, 10:32

İran Səudiyyə Ərəbistanını təhdid edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İranın baş qərargah rəisinin köməkçisi general Məsud Cəzairi Yəmənə göndərilən yardım gəmilərə maneə törədiləcəyi təqdirdə bölgədə nəzarəti çətin olacaq bir yanğının çıxacağı xəbərdarlığını edib.

General Məsud Cəzairi İranın Yəmənə göndərdiyi yardım gəmilərinə Səudiyyə Ərəbistanı tərəfindən maneənin törədilməsi nəticəsində ölkəsinin bir daha soyuqqanlı olmayacağını qeyd edib.

Məsud Cəzairi bildirib: “Açıq deyirəm ki, İranın soyuqqanlılığının da bir sərhədi var. İranın bölgə ölkələrinə göndərdiyi yardım mövzusunda Səudiyyə Ərəbistanı, ABŞ və bəzi digər ölkələr bundan çox maneə yaradırlarsa, bölgədə onların nəzarət etməkdə çətinlik çəkəcəyi bir yanğın çıxar".

Sevinc Yasinqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?