Modern.az

Keçmiş məzunlar mayın 17-də imtahan verəcək

Keçmiş məzunlar mayın 17-də imtahan verəcək

Təhsil

13 May 2015, 10:50


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcək.

Komissiyadan Modern.az saytına verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda - ümumilikdə 30 imtahan mərkəzində təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər mayın 8-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: 
- şəxsiyyəti təsdiq edən sənədin əsli; - “İmtahana buraxılış vərəqəsi”. Əks təqdirdə abituriyent imtahana buraxılmayacaq.

Yeganə OQTAYQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?