Bakı şəhəri üzrə bu il sınaq imtahanlarında 194 762 nəfər abituriyent iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına verilən məlumata görə, bu rəqəmlər bir abituriyentin bir neçə dəfə imtahanda iştirak etməsi ilə hesablanır.
Bu il TQDK-a tərəfindən 4 sınaq imtahanı keçirilib. Aprelin 5-də keçirilən sınaq imtahanında 48 343 nəfər, aprelin 12-də 48 376 nəfər, aprelin 19-da 48 049 nəfər, mayın 3-də 49 994 nəfər abituriyent iştirak edib.Yeganə OQTAYQIZI