Modern.az

Mirzə Ələkbər Sabirin nəticəsi həbs edilib

Mirzə Ələkbər Sabirin nəticəsi həbs edilib

13 May 2015, 13:26



Bir neçə ay əvvəl 8-ci dəfə həbs olunan şəxsin Mirzə Ələkbər Sabirin nəticəsi olduğu məlum olub. Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 48 yaşlı Samir Tahirzadə mart ayında 1 kiloqrama yaxın narkotik vasitələrlə saxlanılıb.

Əvvələr Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə 7 dəfə azadlıqdan məhrum edilən S. Tahirzadə narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Qeyd edək ki, Samir Tahirzadənin Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəticəsi olması ilə bağlı xəbəri report.az saytı yayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?