15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat partiyası da dəvət alıb. Modern.az xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.
Partiyadan verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.Musavat.com-a danışan başqan Arif Hacılı bunları deyib:
“Mayın 12-də mənə Prezident Adminstrasiyasından zəng gəldi və rəhbər şəxslər bildirdilər ki, iqtidar-müxalifət görüşü baş tutacaq. Məni də həmin görüşdə iştirak üçün dəvət etdilər. Mən dəvətə görə təşəkkürümü bildirərək məsələnin partiya strukturlarında müzakirə edildikdən sonra qərar veriləcəyini bildirdim. Bu gün (13 may-red), ya sabah Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyi açıqlanacaq”.
Modern.az