Modern.az

Rusiyanın populyar verilişinin aparıcıları Bakıdakı qiymətlərdən şoka düşdülər - VİDEO

Rusiyanın populyar verilişinin aparıcıları Bakıdakı qiymətlərdən şoka düşdülər - VİDEO

Təhsil

13 May 2015, 15:21


Rusiyanın daha çox əyləncə verilişlərinə üstünlük verən “Pyatniça” (“Cümə”) kanalı ən reytinqli verilişlərindən olan “Yeda, ya lyublu tebya” (“Yemək, mən səni sevirəm” verilişinin növbəti buraxılışını Bakıya həsr edib. Adətən verilişin aparıclarından biri (Aleksandr Dantes) qonaq olduğu şəhərin elit restoranlarında, digəri (Eduard Maçaberidze) şəhərdəki ayaqüstü (fast-vud) qəlyanaltılarında və üçüncüsü isə (Nikolay Klamkin) yerli sakinlərdən birinin evində yeməklərin dadına baxır.

Aparıcı Aleksandr Dantes Bakının Xəzər dənizi sahilində yerləşən “Narşərab” restoranının menyusu ilə tanış olub. 7 banka qara kürü, nərə balığı və qızardılmış balıqdan hazırlanan qutab sifariş edən aparıcı buna görə 825 manat hesab ödəməli olub.

Daha sonra Bakının mərkəzində yerləşən “Şirvanşahlar” restoranına baş çəkən Aleksandr Dantes şah plov, pendir və şirniyyatlara çay qarşılığında 92 manat hesab verməli olub.

Səyahətinin sonunda isə Aleksandr Dantes Bayraq meydanı ilə üzbəbüz yerləşən “Mangal Steak House” restoranındakı təamların dadına baxıb. Aparıcı yediyi “Tomoqavk” steyki və sac yeməyinə görə 235 manat hesab ödəyib.

Verillşin sonunda Bakı ilə bağlı təəssüratlarını ümumiləşdirən aparıcılar Azərbaycan paytaxtında zəngin mətbəxin və dadlı təamların olduğunu vurğulasalar da, yeməklərin, ümimiyyətlə, şəhərdə qiymətlərin baha olmağndan şikayətləniblər. 

Modern.az saytı “Yemək, mən səni sevirəm” verilişinin Bakı buraxılışını təqdim edir.      

 



Vüqar İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?