Modern.az

Qubad İbadoğlunun rəhbəri olduğu QHT-nin ofisində axtarış aparılıb

Qubad İbadoğlunun rəhbəri olduğu QHT-nin ofisində axtarış aparılıb

13 May 2015, 15:26


Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb.

Modern.az saytının xəbərinə görə, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

O qeyd edib ki, 3 saatadək davam edən axtarışdan sonra mərkəzin və ictimai birliklərin mədən sənayesində şəffaflığın artırılması koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompüterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar:

“Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-nin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?