Modern.az

Azay Quliyev: “ABŞ-ın keçmiş diplomatları Azərbaycan əleyhinə təbliğatda iştirak edirlər”

Azay Quliyev: “ABŞ-ın keçmiş diplomatları Azərbaycan əleyhinə təbliğatda iştirak edirlər”

Təhsil

13 May 2015, 15:28


Milli Məclisdə jurnalistlərin, politoloqların, deputatların, QHT rəhbərlərinin iştirakı ilə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan təbliğat kampaniyası ilə bağlı dinləmələr başlayıb.

Modern.az saytının məlumatına görə, tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, müəyyən qüvvələr Avropa Oyunları ilə bağlı Azərbaycan əleyhinə kampaniya aparır.

Deputat qeyd edib ki, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Onun sözlərinə görə, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent aparılan kampaniyada iştirak edir: “Biz bu kampaniyaya səssiz qala bilmərik. Ona görə də qərara aldıq ki, bununla əlaqədar tədbir keçirək”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?