Modern.az

Maldiv adalarında məşuqəsi ilə əylənən deputat mandatını itirdi

Maldiv adalarında məşuqəsi ilə əylənən deputat mandatını itirdi

Dünya

13 May 2015, 17:00


Ukrayna Ali Radasının deputatı, “Samopomoş” partiyasının üzvü Andrey Miroşnik mandatından məhrum olunub. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Miroşnik Radada 5-ci dəfə baş tutan səsvermədən sonra deputat səlahiyyətlərini itirib. 229 deputat həmkarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına səs verib.

Aprelin sonlarında Ukrayna mətbuatı Andrey Miroşnikin telefonunda yer alan fotoları Radanın iclası zamanı çəkib. Çəkilən fotolarda yer alan fraqmentlərdə deputatın öz məşuqəsi ilə Maldivdə istirahət etmək barədə razılaşdığını əks olunurdu. Məlumata görə, İnna adlı həyat yoldaşı olan Miroşnik sevgilisi Olya ilə 10 min avroluq turistik səfərə getməyi planlaşdırmışdı.

Andery Miroşnik “Samopomoş” partiyasının üzvü kimi parlamerntə daxil olmuşdu və veteranlarla və əlillərlə iş üzrə komitənin katibi idi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?