Vatikanın Fələstini dövlət kimi rəsmən tanıdığı bildirilib. Modern.az bildirir ki, “Associated Press” agentliyinin xəbərinə görə, Vatikan rəhbərliyi bu gün yekun formadan verilən, ancaq imzalanmasına ehtiyac olan bir müqavilədə Fələstin dövlətini rəsmən tanıyıb.
Bunun Vatikan ilə Fələstin dövləti arasında müzakirə edilən ilk hüquqi sənəd olduğu və “rəsmi bir tanıma” anlamına gəldiyi bildirilib. Vatikan BMT Baş Assambleyası tərəfindən 2012-ci ildə Fələstin dövlətinin tanınması istiqamətində alınan qərarı məmnuniyyətlə qarşılamışdı.Fələstin dövlət başçısı Mahmud Abbasın bu hətənin şənbə günü Roma Papası Franciscus ilə bir araya gəlməsi gözlənilir.
Modern.az