Modern.az

Deputatlar daxili işlər nazirinin istefasını istəyir

Deputatlar daxili işlər nazirinin istefasını istəyir

Təhsil

13 May 2015, 22:45


Ukrayna Ali Radasınınkorrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə məsələri üzrə komitəsi daxili işlər naziri Arsen Avakovun istefaya getməsini istəyir.  Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, deputatların fikrincə, ölkəyə yeni daxili işlər naziri lazımdır.

“Arsen Avakov Daxili İşlər Nazirliyini korrupsiyaçılardan və qulyabanılardan təmizlənməsi tapşırığını yerinə yetirə bilməyib. Çebotarla (Ukrayna daxili işlər nazirinin müavini Sergey Çebotar) bağlı  tarix son damla oldu. Ali Radada Avakovun istefası ilə bağlı qərar layihəsini qeydiyyatdan keçirəcəyik”.

Bunu mayın 13-də özünün Facebook səhifəsində “Birlik” fraksiyasını təmsil edən komitə rəhbəri Yeqor Sobolev yazıb.  Sergey Leşenko (“Pyotr Poroşenkonun bloku” fraksiyasının üzvü) onun  da üzvü olduğu komitənin Avakovun istefasını istədiyini təsdiqləyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?