Modern.az

Misir Mərdanovun kürəkəni rəis göndərildi

Misir Mərdanovun kürəkəni rəis göndərildi

Təhsil

13 May 2015, 23:10

Bu gün Dövlət Gömrük Komitəsində işdən çıxarılan və əslən Naxçıvandan olan rəislərin (Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundov) yerinə yeni təyinatlar olub.

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinə, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinə rəis vəzifəsinə təyin edilib. 

Xaçmaz Gömrük İdarəsinə rəis göndərilən Azər Məmmədov sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir. 

Maraqlı məqam budur ki, yeni rəislərin heç biri əslən naxçıvanlı deyil.(AzNews.az)  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?