39 saylı Gəncə-Kəpəz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Bizim Yol” qəzetinin əməkdaşı, Parlament Jurnalistlər Birliyinin üzvü Pərviz Həşimli Modern.az- açıqlamasında imza vərəqələrini DSK təqdim elədiyini bildirib.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan da imza vərəqələrini Dairə Seçki Komissiyasından götürüb və 500-dən yuxarı imza topladığını bildirib.
Müsavat Partiyasının 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, “Yeni Musavat” qəzetinin əməkdaşı, Parlament Jurnalistlər Birliyinin üzvü Elşad Paşasoy DSK-dan imza vərəqələrini alıb və imza toplamağa başlayıb. Bu barədə saytımıza məlumatı E.Paşasoyun özü verib.
Mail Ağaxanov