Ötən gün iqtisadçı alım Qubad İbadoğunun ofisində axtarış aparıldığı barədə məlumat vermişdik.

Məsələ ilə bağlı Qubad İbadoğlu musavat.com-a verdiyi özəl açıqlamada isə bildirib ki, artıq ofisdə nə varsa hamısını müsadirə edib gediblər. Həbs təhlükəsinin real olduğunu vurğulayan Q.İbadoğlu, bununla belə, ölkəyə qayıdacağını da bildirib: “Mən istənilən halda, avqustda ölkəyə qayıdacam. Dəfələrlə bəyan etdiyim kimi, rəhbərlik etdiyim mərkəzin fəaliyyəti auditor yoxlamasından keçib və maliyyə təsərrüfat fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olub. Bu iş ötən ilin aprelindən başlayıb. Bir ildən artıqdır ki, istintaq aparılır. Nə isə baş verəcəyini istisna etmirəm”.
Modern.az