Modern.az

Çempionlar Liqasında finalın adı bəlli oldu: “Yuventus” - “Barselona”

Çempionlar Liqasında finalın adı bəlli oldu: “Yuventus” - “Barselona”

Təhsil

14 May 2015, 09:47


Ötən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib.

Modern.az-ın məlumatına görə, İspaniyada baş tutan  oyunda ikinci yarımfinalçının adı məlum olub. Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib.  İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn İtaliya  klubu səfərdə də inamlı oyunu ilə yadda qalıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə “Yuventus”u finala yüksəldib. ÇL-ın son qalibi “Real”  isə mübarizəni dayandırıb.

Beləliklə, “Yuventus” 12 illik fasilədən sonra finala çıxıb. Beləliklə finalda “Yuventus”u  “Barselona” gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?