Modern.az

İspaniya Senatı "erməni soyqırımı” iddialarını rədd etdi

İspaniya Senatı "erməni soyqırımı” iddialarını rədd etdi

Təhsil

14 May 2015, 10:19

1915-ci il uydurma "erməni soyqırımı”nın tanınması məsələsi İspaniya Senatında rədd edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya bölgəsində fəaliyyət göstərən və ermənilərin maraqlarını müdafiə edən "Entesa" adlı siyasi qrupun “soyqırımı” iddialarını müdafiə edən bəyanatı Senatın müzakirəsində  səs çoxluğu ilə rədd edilib. Senatda keçirilən səsvermədə 130 nəfər bu məsələnin əleyhinə, 14 nəfər lehinə səs verib, 68 nəfər bitərəf qalıb.

Senator Xose Mariya Çiqqollonun məsələ barəsindəki çıxışı daha diqqətçəkən olub. O, “biz parlament olaraq özümüzü tarixçilərin və məhkəmənin yerinə qoyaq. Siz bu barədə 22 ölkənin tanıdığını deyirsiniz. Mən isə 168 ölkənin tanımadığını deyirəm. Bəs buna nə cavab verəcəksiniz”, - deyərək müzakirə zamanı erməniləri dəstəkləyən senatorlara sərt cavab verib.

Elmin NURİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?