Modern.az

Süleyman Dəmirəl xəstəxanadan mesaj göndərdi

Süleyman Dəmirəl xəstəxanadan mesaj göndərdi

14 May 2015, 11:05


Ağciyər xəstəliyindən əziyyət çəkən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl dünən təcili xəstəxanaya yerləşdirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 91 yaşlı sabiq dövlət başçısı özü üçün ayrılan xüsusi palatada şəxsi həkimləri tərəfindən müayinə olunub. Dünən gecə saatlarında Süleyman Dəmirəlin ən yaxın silahdaşlarından olan Mehmət Xeberal onu ziyarət etdikdən sonra yerli mətbuata eks-prezidentin səhhəti barəsində məlumat verib. Onun sözlərinə görə, Dəmirəlin yaş qrupunda olan insanlarda ara-sıra bu cür rahatsızlıqların baş verməsi təbii haldır. Əslində isə narahat olunası heç bir ciddi problem yoxdur.

Süleyman Dəmirəlin şəxsi həkimi Aylin Cəsur isə  91 yaşlı siyasətçinin “təlaşlanmayın” mesajını ictimaiyyətə çatdırıb.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?