Modern.az

"Müsavatdan istefa verən 55 nəfərin bir neçəsi partiya üzvüdür" – AÇIQLAMA

"Müsavatdan istefa verən 55 nəfərin bir neçəsi partiya üzvüdür" – AÇIQLAMA

Təhsil

14 May 2015, 13:30


Müsavatın Xətai rayon təşkilatından istefa verən 55 nəfərdən yalnız 5-6-sının partiyaya aidiyyəti var. Bunu Modern.az-a Müsavatın Divan üzvü, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov deyib.

O bildirib ki, bu gün partiyadan istefa verənlərin böyük bir qismini heç həmin təşkilatda belə tanımırlar:

“Bu gün mətbuata ötürülən 55 nəfərin adının olduğu siyahıdan cəmi 5-6 nəfəri tanıyırıq. Yəni onların partiya ilə əlaqəsi var.

Qalan şəxsləri isə təşkilatın özü və biz belə tanımırıq. Hazırda bununla bağlı dəqiqləşdirmə aparırıq. Həmin siyahı üzərində işləyirik. Müzakirələr apardıqdan sonra məlumat veriləcək.

Ümumiyyətlə, 3-5 nəfərin getməsi Müsavatın nə ictimai nüfuzuna, nə də siyasi çəkisinə heç bir təsir etmir. Partiyada on minlərlə insan var. Hər gün onlarla insan üzv olur. Zaman-zaman nüfuzlu insanlar partiyadan gedir və gəlir. Hər zaman belə istefalar olur. Təbii ki, biz buna təəssüflənirik. Amma kimsə gedirsə, bu onun şəxsi işidir. Bizdə onun seçiminə hörmətlə yanaşırıq”.

Sevinc Yasinqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?