Modern.az

“OMON” komandiri İŞİD-ə qoşuldu

“OMON” komandiri İŞİD-ə qoşuldu

14 May 2015, 15:48

Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) komandiri, polkovnik Gülmurad Halimov  İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mayın 1-də Düşənbədən Moskvaya gedən Halimov Rusiyadan Türkiyəyə, oradan da Suriya ərazisinə keçib.

“OMON” komandirinin hərbçi yoldaşları Halimovun son 1 il ərzində İŞİD qruplaşmasına sıx bağlandığını və müntəzəm olaraq dini ədəbiyyat oxuduğnu deyiblər. O, Suriyaya tək deyil, tabeçliyində olan 10 nəfər şəxslə yollanıb.

2012-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri təyin olunan Gülmurad Halimov xidmət ərzində bir sıra dövlət mukafatları ilə təltif olunub.

Tacikistan xüsusi xidmət orqanları İŞİD sıralarına ən azı 200 ölkə vətəndaşının qoşulduğunu və daha 40 nəfərinini isə döyüşlərdə həlak olduğunu məlumat verir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu