Modern.az

Messi və Qvardiola nə danışıblar? – FOTOLAR

Messi və Qvardiola nə danışıblar? – FOTOLAR

Təhsil

14 May 2015, 16:44

İspaniya KİV-ləri Münhenin “Bavariya2 klubunun baş məşqçisi Xosep Qvardiola və Kataloniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin Çempionlar Liqasının yarımfinal oyunun fasiləsi zamanı nə danışdıqlarını araşdırıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, birinci hissə başa çatan kimi Qvardiola Argentina millisinin kapitanına yaxınlaşaraq deyib: “Mən şadam ki, sən yenidən qayıtdın”.

Messi cavab olaraq keçmiş baş məşqçisini deyib ki, heç vaxt heç yerə getməyib. Məlumatda qeyd edilir ki, oyundan sonra Qvardiola katalon klubunun paltardəyişmə otağına gedərək futbolçularla görüşüb, onlara bu mötəbər yarışın finalında uğurlar arzulayıb. Xatırladaq ki, “Barselona”nın Çempionlat Liqasının finalında kı rəqibi Turinin “Yuventus” klubu olacaq. Final iyunun 6-da berlində keçiriləcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?