Modern.az

Avropalı gənclərdən I Avropa Oyunları ilə bağlı ÇAĞIRIŞ

Avropalı gənclərdən I Avropa Oyunları ilə bağlı ÇAĞIRIŞ

14 May 2015, 17:08

Böyük Britaniyanın Solent Universitetində təhsil alan Kənan Rzayev Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar maraqlı videoçarx hazırlayıb.

Modern.az saytının məlumatına görə, videorolikdə dünyanın müxtəlif ölkələrindən olan və Böyük Britaniyada təhsil alan gənclər avropalıları iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etməyə və izləməyə dəvət edir. Avropanın 12 ölkəsindən olan gənclər hər biri öz dilində, ən sonda isə Azərbaycanın xalq artisti Faiq Ağayev azərbaycanca insanları İlk Avropa Oyunlarını dəstəkləməyə dəvət edir.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verən videoçarxın müəllifi Kənan Rzayev hesab edir ki, hər bir ölkənin vətəndaşının yanız öz dilində diqqətini cəlb etmək və Bakıya – Avropa Oynlarına dəvət etmək maraqlı olar.

Qeyd edək ki, videonun ideyası və çəkilişi Kənan Rzayevə, videoçarxın montajı və hazırlanması isə “ArtBakers” şirkətinə məxsusdur.

 

Gülşən RAUFQIZI
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?