Modern.az

Vətəndaş Həmrəyliyi Partiyasının 18 yaşı tamam oldu

Vətəndaş Həmrəyliyi Partiyasının 18 yaşı tamam oldu

Qarabağ

26 Sentyabr 2010, 17:15

Sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaranmasının 18-ci ildönümüdür.

 

Modern.az-ın məlumatına görə, VHP 1992-ci il sentyabrın 26-da ilk təsis qurultayını kecirib. VHP-dən bildirilib ki, Partiya ciddi ictimai-siyasi qarşıdurmalar, iqtisadi xaos, hakimiyyət uğrunda çəkişmələr və Dağlıq Qarabağ müharibəsinin kəskinləşdiyi dönəmdə vətəndaş həmrəyliyi ideyasının yeganə çıxış yolu olduğunu irəli sürərək bu ideologiyanın təbliğinə başlayıb.

 

“Tarix və ötən illərin təcrübəsi göstəribi ki, ölkənin iqtisadi-siyasi inkişafı və ərazilərinin bütünlüyü üçün Azərbaycana nəinki o dönəmdə, hər zaman vətəndaş həmrəyliyi, milli birlik lazımdır”.

 

VHP 1995, 2000 və 2005-ci illər parlament, 2003-cü ildə prezident, 1999, 2004 və 2009-cu illərdə bələdiyyə seçkilərində iştirak edib. Partiya son bələdiyyə seçkilərində 374 yer qazanıb, parlamentdə 3 deputatla təmsil olunur.

 

Hazırda “Demokratiya” bloku daxilində VHP-nin 86 üzvü parlament seçkisinə qatılıb.

 

Partiyanın qurucusu və sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Sabir Rüstəmxanlıdır.   

Modern.az

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü