Modern.az

İrlandiyada şahzadə Çarlza qarşı terror aktının qarşısı alınıb

İrlandiyada şahzadə Çarlza qarşı terror aktının qarşısı alınıb

14 May 2015, 21:02

İrlandiya respublikasında şahzadə Çarlza və onun həyat yoldaşı Kamillaya qarşı terror hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,  şübhəli bilinən gənclərdən əldəqayırma partlayıcı qurğu  və odlu silah götürülüb. Bundan əlavə, Laute, Ueksford və Dublində də əldəqayırma partlayıcı qurğu və silah aşkarlanıb. Yaşları 21-dən 62-yə qədər olan saxlanılan şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Onların “müvəqqəti” İrlandiya Respublika Ordusu ilə bağlılığı da istisna olunmur. Şahzadə Çarlz mayın 19-da 1979-cu ildə İrlandiya Respublika Ordusunun yaraqlılarının qətlə yetirdiyi babasının dayısı oğlu lord Mauntbettenin xatirəsini yad etmək üçün İrlandiyanın Mallahmor kəndinə getməyi  planlaşdırır.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir