Modern.az

Avropa Liqasında finala çıxan klublar bəlli oldu

Avropa Liqasında finala çıxan klublar bəlli oldu

15 May 2015, 09:17


Ötən gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Modern.az-ın məlumatına görə, finalçılar bəlli olub.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu İtaliyanın "Napoli" klubunu qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Ukrayna klubu 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Dnepr" tarixində ilk dəfə Avropa Liqasının finalına yüksəlib. "Dnepr" "Napoli"dən öncə "Olimpiakos", "Ayaks" və "Brügge" kimi klubları mübarizədən kənarlaşdırıb.

Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk oyunda rəqib qapısından üç cavabsız qol keçirən ispanlar cütün favoriti sayılırdı. Səfərdə də rəqibinə 2:0 hesabı ilə qalib gələn "Sevilya" finala adlayıb. 

Beləliklə, Avropa Liqasının finalında "Sevilya" və "Dnepr" üz-üzə gələcək. Həlledici oyun mayın 27-də, Polşada keçiriləcək.

Avropa Liqası, yarımfinalın cavab oyunları

"Dnepr" (Ukrayna)  - "Napoli" (İtaliya) - 1:0 (İlk oyun -1:1)

"Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:2 (İlk oyun 0:3)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu