Modern.az

Bakıda iqtidarla müxalifətin görüşü keçirilir - YENİLƏNİB

Bakıda iqtidarla müxalifətin görüşü keçirilir - YENİLƏNİB

Təhsil

15 May 2015, 10:30



Bu gün Bakıda növbəti iqtidar-müxalifət görüşü keçirilir.  Modern.az saytı xəbər verir ki,  Prezident Administrasiyasının (PA) təşəbbüsü ilə baş tutan görüş saat 10.00-dan başlayıb.

Görüşdə iqtidarı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, PA-nın  İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edir.

Müxalifəti isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Ümid Partiyasının sədri İqbal Ağazadə təmsiledir.

Görüşdə siyasi məsələlərlə yanaşı, Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq da müzakirə olunur.

Modern.az


Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?