Modern.az

Baş nazir “ərə gedir”

Baş nazir “ərə gedir”

15 May 2015, 13:13


Lüksemburqun eyniadlı paytaxtının meriyasında cümə günü “əlamətdar toy” keçiriləcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, həmin gün Lüksemburq hersoqluğunun baş naziri Ksavye Bettel belçikalı məşhur memar Arlon Qotye Destne ilə nikaha daxil olacaq.

Öz homoseksuallığını gizlətməyən 42 yaşlı Bettel 2010-ci ildən bəri öz 36 yaşlı sevgilisi ilə birgə yaşayır. Nikah mərasimini Lüksemburq şəhərinin meri Lidi Polfer qeydə alacaq.

Mərasimdən sonra keçiriləcək banketdə Belçikanın baş naziri Şarl Mişel də iştirak edəcək. Toydan bir gün sonra isə Ksavye Bettel yenidən baş nazir səlahiyyətlərinin icrasına başlayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir