Modern.az

Rektor imtahanların gedişini izlədi

Rektor imtahanların gedişini izlədi

Təhsil

15 May 2015, 15:49


Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin II  kursunda keçirilən “Seçmə fənn: Mədəniyyətşünaslıq”, “Orta oxu və nitq II”, “ Seçmə fənn: Azərbaycan dövlətçilik tarixi”, “Xarici dil I”, “Pedaqogika (Didaktika) II”, “Azərbaycan ədəbiyyatı”, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin I kursunda “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü”, “İxtisas ölkəsinin etnoqrafiyası”, “İxtisas ölkəsinin coğrafiyası” fənnləri üzrə imtahanların gedişini izləyib.

Modern.az xəbər verir ki, mtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini qeyd edən Səməd Seyidov sessiyanın əvvəlki sessiyalardan fərqli olaraq mayın 31-dək başa yekunlaşmalı olduğunu deyib. İmtahanın gedişi ilə maraqlanan rektor tələbələrdən nəzəri fənnlərin imtahan sualları ilə əvvələcədən tanış olub-olmadıqlarını soruşub. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını bildirən rektor imtahanlarda onlara uğurlar arzulayıb.

Qeyd edək ki, mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) yaz imtahan sessiyasına start verilib. Universitetdə yaz imtahan sessiyası mayın 12-dən 31-dək keçiriləcək. Yaz imtahan sessiyası 6 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti Pedaqoji fakültədə aprelin 20-dən  mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək  müəyyən edilib.

Rektorun əmrinə əsasən, yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05,  440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Onu da qeyd edək ki, bu il ADU-da keçirlən yaz imtahan sessiyasında imtahan sualları aidiyyatı üzrə fənnin proqramına uyğun  olaraq  öncədən tələbələrə  təqdim olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?